İspaniyalı futbolçu ağır zədə aldı
09 sentyabr 2020 13:31 (UTC +04:00)

İspaniyalı futbolçu ağır zədə aldı

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Alberto Moreno uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb 28 yaşlı sol cinah müdafiəçisinin əməliyyat olunmasıdır.

İspaniya millisinin sabiq üzvü mövsümlərarası fasilədə keçirilən yoxlama görüşündə sol diz ön çarpaz bağından ağır zədə alıb. Morenonu əməliyyat edən həkim onun böyük ehtimalla 2020/21 mövsümündə meydana çıxa bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Alberto Moreno “Vilyarreal”a ötən ilin yayında “Liverpul”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar