Yığmamızın oyunçusu Macarıstan klubunda
08 sentyabr 2020 11:14 (UTC +04:00)

Yığmamızın oyunçusu Macarıstan klubunda

Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Anastasiya Bessonovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı gənc voleybolçu karyerasını Macarıstanda davam etdirəcək.

Hücumçu mövqeyində çıxış edən Anastasiya “Bekeşçaba” ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb. Bessonova 2020/21 mövsümündə Macarıstan təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, voleybolçumuz iki ay öncə “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra Anastasiya Macarıstan variantına üstünlük verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511

Oxşar yazılar