Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar sentyabrın 3-də gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.