12:29
03 Sentyabr 2020

Arvadını baltalayan kişi tutuldu

Sentyabrın 2-də səhər saat 8 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 41 yaşlı Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan Lent.az -a daxil olan xəbərə görə, dərhal prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər