Həbsxanadakı qardaşına narkotik ötürmək istədi
02 sentyabr 2020 17:06 (UTC +04:00)

Həbsxanadakı qardaşına narkotik ötürmək istədi

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilən  məhkum Əhmədov Elşən Rəşid oğluna qardaşı Bakı şəhər sakini Əhmədov Emin Rəşid oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Penitensiar Xidmətdən Lent.az-a daxil olan xəbərə görə, bu zaman orada olan ət sousunun içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi şəkisi 2,706 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2122

Oxşar yazılar