12:49
02 Sentyabr 2020

Tanışını öldürməyə cəhd etdi

Avqustun 30-da saat 15 radələrində Hacıqabul rayon sakini Cavad Ataşovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Hacıqabul rayon Prokurorluğundan Lent.az -a daxil olan məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Abuzər Şükürlünün şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Cavad Ataşovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Abuzər Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Dİgər xəbərlər