826
11:45
31 Avqust 2020

Bakıda 6 ay əvvəl gənc qızı öldürənin işi MƏHKƏMƏDƏ

Bu il fevralın 11-də Yasamal rayonu ərazisində Aytac Ağayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yasamal rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Afiq Hüseynovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aytac Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.