2409
18:25
21 Avqust 2020

Koronavirusa yoluxanlar neçə gündən sonra təhlükəsiz olur?

“Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.

Dİgər xəbərlər