Nərminin qətli ilə bağlı cinayət işi Baş prokurorun nəzarətindədir - RƏSMİ
21 avqust 2020 15:08 (UTC +04:00)

Nərminin qətli ilə bağlı cinayət işi Baş prokurorun nəzarətindədir - RƏSMİ

Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.

APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316

Oxşar yazılar