Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda uğur qazandı
21 avqust 2020 13:46 (UTC +04:00)

Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda uğur qazandı

Festivalda ölkəmizi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin şərtləri altında qısa vaxt ərzində ansamblın direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov, bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev və baletmeyster, Əməkdar artist Ceyhun Qubadovun kollektivlə birgə gərgin əməyi sayəsində hazırlanan repertuar festivalda yüksək qiymətləndirilib. Ansamblın ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Rauf Hacıyevin “Azərbaycan”, habelə “Qavalla rəqs” və “Yallı” rəqsləri böyük maraq doğurub. 

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xalqımızın etnomədəni irsinin qorunmasına və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə xüsusi diplomla təltif olunub.

# 2563
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar