1942
22:01
18 Avqust 2020

Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan Vətənə qayıtdı

Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.

APA nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.