Keçmiş məhkum narkotiklə saxlanıldı - FOTO
10 avqust 2020 12:42 (UTC +04:00)

Keçmiş məhkum narkotiklə saxlanıldı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kiloqram 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

# 1300
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar