Bakıdakı yol qəzası tıxac yaratdı
10 avqust 2020 09:57 (UTC +04:00)

Bakıdakı yol qəzası tıxac yaratdı

Bakıda Q. Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" metro stansiyası istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayıs Ağayev Lent.az-a bildirib ki, hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

M. Ağayev qeyd edib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

 

# 1507
avatar

Oxşar yazılar