Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.
Lent.az xəbər verir ki, Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində odlu silah gizlətdiyi məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.