8204
01:02
09 Avqust 2020

Bakıda gənc oğlan qardaşı tərəfindən qətlə yetirildi

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı ilə dava edib. Qardaşı onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Dİgər xəbərlər