1801
16:06
27 İyul 2020

DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirməkdə davam edir.

DİM-dən Lent.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək. Qeyd edək ki, videomühazirələrə bu günə baxış sayı 24103-dür.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxmaq mümkündür.

Bundan əlavə, abituriyentlər otk.az saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Hazırda saytda bütün imtahan fənləri üzrə 22890 tapşırıq yerləşdirilib.