19:37
21 İyul 2020

Hacıqabulda avtomobil aşdı: 4 nəfər xəsarət alıb

Hacıqabulda ağır yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sürücü ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər