13:20
18 İyul 2020

Bəhram Bağırzadə ilə bağlı xoş xəbər - Həkimi danışdı


“Bəhram Bağırzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, stabildir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, xəstə bir neçə gündür spontan tənəffüsdədir.

“Bu gündən başlayaraq traxeostomanın müvəqqəti qapadılması və tənəffüsün fizioloji yolla, yəni burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar apardıqdan sonra traxeostomanı da çıxartmaq mümkün olacaq. Xəstədə müşahidə edilən neopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Xəstə aktivdir. Oturur, hətta ayağa qalxır. Bu gün səhər artıq ailə üzvləri ilə də telefonla danışıb”, - deyə həkim vurğulayıb.

Dİgər xəbərlər