Taksi sürücüsü mərhum müğənninin qardaşını iki yumruqla yerə sərdi - VİDEO
15 iyul 2020 19:54 (UTC +04:00)

Taksi sürücüsü mərhum müğənninin qardaşını iki yumruqla yerə sərdi - VİDEO

Türkiyənin İstanbul şəhərində mərhum müğənni İbrahim Erkalın qardaşı taksi sürücüsü tərəfindən döyülüb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə sərxoş sərnişinin sürücünü təhqir etməsi ilə yaranıb. Belə ki, sürücü ödəniş edərkən onu təhqir edən Abdullah Erkalı iki yumruqla yerə sərib. Hadisənin görüntüləri yaxınlıqda olan şəxslər tərəfindən telefonla qeydə alınıb.

Sərnişindaşıma Xidməti araşdırma apararaq, sürücünün sərnişindaşıma hüququnu həmişəlik əlindən alıb. Ancaq polis bölməsində tərəflər bir-birindən şikayət etməyiblər.

# 8953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar