1963
18:34
09 İyul 2020

Biçilmiş taxıl sahəsi yandı

Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib.

Lent.az FHN-in rəsmi saytlna istinadla bildirir ki, yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.