Siyəzəndə çörək sexi yandı
08 iyul 2020 09:52 (UTC +04:00)

Siyəzəndə çörək sexi yandı

Siyəzəndə çörək bişirmə sexi yanıb.

Lent.az FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, rayonda ümumi sahəsi 500 m² olan birmərtəbəli çörək bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1981
avatar

Mehman Nəbiyev

Oxşar yazılar