Qonşu ölkədə bir gündə koronavirusdan 200 nəfər öldü
07 iyul 2020 14:08 (UTC +04:00)

Qonşu ölkədə bir gündə koronavirusdan 200 nəfər öldü


İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 200 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 931 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 637 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 245 688 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 207 000 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 270 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

# 2278
avatar

Oxşar yazılar