"Azercell" 4G MiFi kampaniyasına start verib ®
02 iyul 2020 17:40 (UTC +04:00)

"Azercell" 4G MiFi kampaniyasına start verib ®

Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom" MMC internet istifadəçiləri üçün növbəti kampaniyaya başlayıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, kampaniya çərçivəsində müştərilər cəmi 119 manat ödəməklə 4G MiFi cihazına, pulsuz Data tarifində olan fakturasız xətt nömrəyə və 3 ay boyunca 10 GB həcmində internetə sahib olur.

Xatırladaq ki, 4G MiFi cihazları eyni zamanda 10 istifadəçiyə uzunmüddətli işləmək imkanı, sabit siqnal və sürətli internetdən yararlanmaq imkanı təqdim edir.

Kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub. Cihazların sayı məhduddur.

Ətraflı: https://www.azercell.com/az/personal/devices/4Gmificihazi/.

# 4057
avatar

Oxşar yazılar