Hindistanın Uttar Pradeş əyalətində kənd sakinləri internetin zəif işləməsinə etiraz edərək əraziyə göndərilən texniki işçini baza stansiyasının qülləsinə bağlayıblar.
Lent.az xəbər verir ki, kəndlilər bölgədə 5G infrastrukturu olmasına baxmayaraq internet sürətinin aşağı olmasından narazı olublar.
Hadisə ilə bağlı polisə məlumat verilib və təxminən iki saat qüllədə saxlanılan texniki işçi azad edilib.
