İyunun 26-da Abşeron rayonu ərazisində “Hyundai” markalı avtomobildən 4050 manat oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.