“Real Madrid”in və Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe sevgilisi, ispaniyalı aktrisa Ester Eksposito ilə İbizada istirahət edərkən görüntülənib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu sevgilisi ilə birlikdə lüks yaxtada tətil keçirib.
Cütlük dənizin və günəşin dadını çıxararkən romantik anları ilə diqqət çəkib. Mbappe və Eksposito tez-tez qucaqlaşıb, həmçinin birlikdə su motosikletinə miniblər.
Yaxtada onlara məşhur simalar da qoşulub. Mbappenin PSJ-dən keçmiş komanda yoldaşı, mərakeşli futbolçu Əşrəf Hakimi də dostları ilə birlikdə istirahət edib. Ester Ekspositonun yaxın dostu, aktyor Serxio Momo da yaxta gəzintisində iştirak edib.
Mbappe 2026-cı il dünya çempionatında 10 qol vuraraq turnirin “Qızıl buts” mükafatını qazanıb. Fransa millisinin hücumçusu dünya çempionatlarında ümumilikdə 22 qola çataraq turnir tarixinin ən məhsuldar futbolçusu olub.



