16:25
23 İyun 2020

Məşhur tennisçi koronavirusa yoluxdu


Dünyanın ən güclü tennisçilərindən olan Novak Cokoviç koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, serbiyalı tennisçinin testi müsbət çıxıb.

Bu səbəbdən 33 yaşlı Cokoviç karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, Novak Cokoviç 17 dəfə "Qrand Slam" çempionu olub.

Dİgər xəbərlər