Azərbaycanda şair koronavirus şübhəsi ilə klinikaya yerləşdirildi
18 iyun 2020 22:46 (UTC +04:00)

Azərbaycanda şair koronavirus şübhəsi ilə klinikaya yerləşdirildi

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya şair özü məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".

# 5581
avatar

Oxşar yazılar