2008
12:10
17 İyun 2020

Bu günün QƏHRƏMANLARI- Sizlərlə qürur duyuruq!

Bu gün səhiyyə işçilərinin, həkimlərin peşə bayramıdır.

Bu gün minlərlə azərbaycanlı həkim bütün bəşəriyyəti təhdid edən koronavirus adlı bir bəlayla döyüşdədir. Yüzlərlə insanı bu bəladan qurtaran həkim və şəfqət bacımız arasında təəssüf ki şəhidlər də var. Hə, məhz şəhid. Çünki ONLAR məhz bizim həyatımızı qurtarmaq uğrunda həyatlarını qurban veriblər.

Ömürlərini bizim həyatımızı qurtarmağa həsr edən qəhrəmanlar: Sizinlə qürur duyuruq. Allah Siləri və Vətəni qorusun!