38 yaşlı kişi arvadını və valideynlərini  öldürdü
17 sentyabr 2026 14:25 (UTC +04:00)

38 yaşlı kişi arvadını və valideynlərini öldürdü

0

Türkiyənin Antalya şəhərində 38 yaşlı Sefer Coşkun boşanma ərəfəsində olduğu 35 yaşlı həyat yoldaşı Ayşegül Coşkunu, 61 yaşlı qayınanası Cemile Engeli və 65 yaşlı qayınatası Ahmet Engeli ov tüfəngi ilə vuraraq öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə saat 5 radələrində Korkuteli rayonunun Karakuyu məhəlləsində baş verib. Sefer Coşkun avtomobillə boşanma prosesində olduğu həyat yoldaşı Ayşegül Coşkun və onun valideynlərinin yaşadığı evə gəlib.

Burada tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşkun özü ilə gətirdiyi ov tüfəngi ilə həyat yoldaşı Ayşegül Coşkuna, qayınanası Cemile Engelə və qayınatası Ahmet Engelə atəş açıb. Hər üç şəxs hadisə yerində həyatını itirib.

Məlumat daxil olduqdan sonra əraziyə çoxlu sayda jandarm və təcili tibbi yardım briqadası göndərilib. Evdə olan üç uşaq isə dövlətin himayəsinə götürülüb.

Hadisə ilə bağlı yeni detallar da məlum olub. Ahmet Engelin qızını kürəkəninin təzyiqlərindən qorumaq üçün Aksu rayonundan Korkuteliyə köçdüyü üzə çıxıb. O, həyat yoldaşını, qızını və nəvəsini də özü ilə aparıb.

Sefer Coşkun barəsində əvvəldən uzaqlaşdırma qərarının olduğu da bildirilib. Bundan başqa, onun sosial şəbəkə hesabında hədə-qorxu xarakterli paylaşımlar etdiyi müəyyənləşdirilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Sefer Coşkun saxlanılıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar