Xıdırlı kəndində "Moskviç"lə  "avtoş"luq edən həbs olundu
23 oktyabr 2026 16:22 (UTC +04:00)

Xıdırlı kəndində "Moskviç"lə "avtoş"luq edən həbs olundu

0

Ağdamda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Lent.az xəbər verir ki, hadisə işğaldan azad olunmuş Xıdırlı kəndində qeydə alınıb.

Kənd sakini 19 yaşlı Mehdi Xankişiyev (şərti adla) sürücülük vəsiqəsi olmadan qohumuna məxsus “Moskviç 412” markalı avtomobili qəfil sürətləndirib. Nəticədə təkərlər davamlı olaraq yüksək səslə asfalta sürtülüb.

Bu əməlinə görə, o, yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Mehdi Xankişiyev ifadəsində əməlindən peşman olduğunu bildirib.

Məhkəmə onun barəsində 15 gün müddətinə həbs qərarı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar