Bakıda ana və oğlunu maşın vurdu
31 may 2020 18:26 (UTC +04:00)

Bakıda ana və oğlunu maşın vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən, 31 yaşlı Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 3370
avatar

Oxşar yazılar