Yük maşınının vurduğu velosipedçi öldü
31 may 2020 11:37 (UTC +04:00)

Yük maşınının vurduğu velosipedçi öldü

Abşeronda yük avtomobili velosipedçini vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə rayonun Mexkalon qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 40 yaşlı Sarvan Muradovun idarə etdiyi “Mercedes Benz 1317L” markalı yük avtomobili ilə velosipedçi, 16 yaşlı Arzu Tağıyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. 

# 1720
avatar

Oxşar yazılar