Sabahın hava PROQNOZU
28 may 2020 12:54 (UTC +04:00)

Sabahın hava PROQNOZU


Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa  enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz  

32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

# 3868
avatar

Oxşar yazılar