Millimizin keçmiş futbolçusu ev tikib satır
18 may 2020 16:14 (UTC +04:00)

Millimizin keçmiş futbolçusu ev tikib satır

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Əliyev sevimli peşəsindən uzaq düşüb.

Apasport.az saytının məlumatına görə, “Bakı”nın keçmiş kapitanı tikinti işləri ilə məşğul olur.

36 yaşlı müdafiəçi əməkdaşımızla söhbətində atası Füzuli Əliyevlə birlikdə ev tikintisi ilə məşğul olan şirkətlərinin olduğunu bildirib: “Ata-bala evlər tikirik, elə o vaxtdan tikinti ilə məşğulam. Şirkət də demək olar. Ərazilərimiz var, evlər tikib satırıq, kirayə veririk”.

Əliyev buna baxmayaraq, yenidən futbol sektorunda çalışmaq arzusunda olduğunu söyləyib: “İstərdim ki, futbola qayıdım, sevimli peşəmlə məşğul olum. Amma görürəm ki, bu sahədə bizə yer yoxdur”.

Qeyd edək ki, 2007-2008-ci illərdə Azərbaycan millisinə çağırılan Elvin Əliyev əsasən “Bakı”dakı (2008-2015) çıxışı ilə tanınıb.

# 4795
avatar

Oxşar yazılar