14:50
01 May 2020

"Evdə olmaqdan gözəl heç nə yoxdur" - Azərbaycanlı müğənni

Müğənni Günay İbrahimli karantini necə keçirməsindən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Gün başladı" verilişində deyib:

"Karantin günlərində menyuda yemək tapmırdım. Bütün yeməkləri bişirdim. Ən çox da milli yeməkləri edirdim. Gördüm ki, kökəlirəm. 10 gün bundan əvvəl özümü çox pis hiss edirdim. İndi yəqin ki, çox adam kökəlib. Artıq diqqət etməyə başlamışam. Evdə olanda ən çox vaxtı mətbəxdə keçiririk.

Hər günümüzün qədrini bilməliyik. İsti evimizdə oturub, çörək tapırıqsa, şükr edək. Evdə olmaqdan gözəl heç nə yoxdur. Əvvəl evdəkilərə vaxt ayıra bilmirdim. İndi daha çox vaxt keçirə bildim. Bir ay necə gəlib keçdi, bilmədim. Vaxt tez keçirdi. Heç telefona da girmirdim".

Dİgər xəbərlər