10:42
01 May 2020

Gülay Zeynallı efirdə AĞLADI - Hər şeyi AÇIQLADI - VİDEO

Müğənni Gülay Zeynallı keçirdiyi çətin günlərdən danışıb.

Lent.az -ın canlı yayımında qonaq olan ifaçı ata itkisinin ona çətin olduğunu bildirib:

“İllər öncəyə qayıtmaq imkanım olsaydı, istəyərdim ki, atamın yanında olum. Onun qayğısını görmək istəyərdim. Bizi babam böyüdüb. Babam dünyasını dəyişəndə, biz çox pis olduq. Amma atam vəfat edəndə bir başqa oldum. Gördüm ki, ata itkisi tamam başqadır. Hələ mən onun yanında böyüməmişdim, çox pis oldum. İndi bir anam, bir nənəm və iki bacım var. Hər zaman Allahımdan arzu edirəm ki, mənə elə pul qismət eləsin ki, onların bütün arzularını yerinə yetirə bilim. Bəzən ortancıl bacım mənə yazır, ona cavab yazana qədər ürəyim düşür. Deyirəm ki, nəsə olub? (Ağlayır) Mən güclü xanım kimi görünə bilərəm, amma daxilən zəif biriyəm. Bəlkə də buna səbəb, vaxtından tez yüküm çox olub”.

G.Zeynallının müsahibəsinin ardına aşağıdakı videoda baxa bilərsiniz:

Dİgər xəbərlər