11:32
27 Aprel 2020

"Müğənniləri cüt-cüt qucağına alıb..." - Elza özündən çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan şou-biznes nümayəndələrindən söz açıb.

Lent.az -ın məlumatına görə, bəstəkar-müğənni “Söhbət var” verilişində bəzi şou nümayəndələrini tənqid edib:

“Şou-biznesə ilk olaraq səmimiyyət dərsi keçərdim. Bəzən görürsən, şou aləmində elə adam var ki, deyir, səmimiyyət yoxdur. Elə qeyri-səmimiyyəti əvvəlcə elələri gətirib. Bəziləri deyir ki, koronavirus dövründə kişilər çox öpüşür. Bəzi müğənniləri cüt-cüt qucaqlarına alıb qaldırırdılar. İndi onlar deyir ki, öpüşmək pisdi. Quyuya su tökməklə quyu dolmaz. Mən dərs keçməklə, onların içindəki viruslar getməz. Bəziləri rus dilində bilmir, efirdə özünü rus dilli göstərir. Zamanında dişlərini yumayanlar, indi brend geyimlərdən danışır”.

Dİgər xəbərlər