12:06
23 Aprel 2020

"Bəzi məmurların övladları nə gündədir" - Manaf Ağayev - VİDEO

"Hər zaman özümdən yaşda böyük sənətkarlara hörmətlə yanaşmışam. Hətta qalxıb stulumu vermişəm, gedib stul gətirmişəm”.

Lent.az -ın məlumatına görə, bu sözləri Lent.az -ın canlı yayımında qonaq olan müğənni Manaf Ağayev deyib. O, bildirib ki, şou aləmində böyük-kiçik hörməti yoxdur: “İndi oxuyanların bəziləri məclisə gələn kimi deyir ki, məni tez yola salın, oxuyum gedim. Ayıb olsun sənə! Guya sən məndən icazə istəsən "yox" deməyəcəyəm ki. Bəziləri deyir ki, müğənni ailəsindən qız almaram, qız vermərəm. Əgər bir adamın qanında pis şey varsa, peşəsinin dəxli yoxdur. Mənim ailəm də, tərbiyə verdiyim övladlar da göz qabağındadır. Bəzi məmurların övladları nə gündədir. Sənin genində kişilik yoxdursa, sonradan mümkün deyil".

M.Ağayev onu da bildirib ki, daha yaşadığı evi efirdə göstərməyəcək:

"Mən otuz ildir toylardayam, çöllərdəyəm. Neçə illər yataqxanada yaşamışam, sonra bir mənzil almışam, sonra da Buzovnada sotu min manatdan torpaq almışam. Bunu misal üçün deyirəm. Nə böyük şeydir ki, ev almaq? Müğənninin evi olar, gözəl geyinər də. Türkiyədə müğənnilərin milyonları var. Niyə gedib beş yüz manat maaş alan məmurun villasından danışmırsınız?"

Dİgər xəbərlər