09:02
23 Aprel 2020

"Adı qulağına dəyir və başı gedir" - Natavan

"Əsl peşəkarlar hazırda olanlara baxmadan yolu tapacaq. Yenə də hər zaman seçilmiş olacaq. Musiqini dünyada musiqiyə dəyər verənlər dinləyəcək. Hərtərəfli olacaq ki, seçim də olsun. Mən də mahnı çıxarnda trendə düşür. İnsanlara hər cür müğənni maraqlıdır".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi trenddə olan mahnılardan danışıb. Natavan bildirib ki, hazırda trendə düşən və bayağı adlandırılan mahnılar onu narahat etmir.

Həbibi daha sonra "ulduzluq xəstəliyi"nə düşən həmkarlarından bəhs edib:

"Niyə tamaşaçılar yeni mahnılara qulaq asmasın? Zombi kimi bir müğənni dinləməlidir? Hər müğənninin öz izləyicisi, publikası var. "Mənəm-mənəm" deyənləri əsirlərdir görürük. Allah bizi o eqodan qorusun. Pis haldır. Çox görürəm ki, adı qulağına dəyir və başı gedir. Ulduz xəstəliyi yaşayır, elə gözümüzün qabağında Allah başına elə şey gətirir ki, düşür yerə. Balaca uğura çatıb, cızığından çıxıb və nəsə səhvlər edib... İnsanlıq halıdır. Hər kəsin başına gələ bilər. Heç kim özünü tanımır. Elə şey baş verə bilər ki, sən bilməzsən başına nə gələcək, nə edəcəksən, utanacaqsan, yoxsa, qürurlanacaqsan. Adamda Allah sevgisi, din, iman, insanlara sevgi olmalıdır. Biz bir-birimizi, sənətçiləri sevmirik".

Dİgər xəbərlər