06:22
22 Aprel 2020

Fələstin səfiri ABŞ-ın İsraildəki səfirini ittiham etdi: "Yalan danışır"

Fələstinin Fransadakı səfiri Salman Harfi ABŞ-ın İsraildəki səfiri Devid Fridmanı yalan danışmaqda ittiham edib.

APA-nın xəbərinə görə, o, bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.

Harfi vurğulayıb ki, Fridmanın ABŞ-ın fələstinlilərə koronavirusla mübarizə üçün 5 milyon dollarlıq xüsusi qrant verməsi barədə dedikləri yalandır: "Fridman yalan danışır, bilmirik, nəyə, hara pul xərcləyəcəklər. Həqiqətən maddi yardım etmək istəyən hər kəs birbaşa Fələstin xalqının nümayəndəsi ilə əlaqə saxlaya bilər. ABŞ Fələstin xalqına heç nə verməyib, bir qəpik də almamışıq”.

ABŞ-ın Vaşinqtonla işləyən Fələstinin qeyri-hökumət təşkilatlarına 3,5 milyon dollar ayırdığını deyən səfir əlavə edib ki, ABŞ heç Ümumdünya Səhiyyə Təşkilatına vəd etdiyi yardımı yeniləmədi: “Fridmanın dediyi kimi, ABŞ hökuməti fələstinlilərə bir şey verdiklərini iddia edə bilməz”.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfiri D.Fridman Twitter-də ABŞ-ın Fələstin rəhbərliyinə koronavirusla mübarizə üçün 5 milyon dollar verdiyini yazıb. O, iddia edib ki, bu yardım xəstəxanalara və yoxsul ailələrə veriləcək.

Dİgər xəbərlər