Ermənistanda kişi parlamentin qarşısında ağzını tikdi
12 aprel 2020 08:40 (UTC +04:00)

Ermənistanda kişi parlamentin qarşısında ağzını tikdi


Yerevan sakini ailəsinin sosial problemlərinə görə Ermənistan Parlamenti qarşısında ağzını tikərək etirazını bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə aprelin 11-i, saat 17.52-də baş verib. Nazirliyin müvafiq əməliyyat qrupu və psixoloq hadisə yerinə cəlb edilib.

"Opel "markalı avtomobilini parlamentin binası önündə saxlayaraq ağzını tikən şəxsin 1991-ci il təvəllüdlü M.Miqran olduğu müəyyən edilib. O, ailəsinin dolanışığının çətin olduğundan bu addımı atmağa məcbur olduğunu bildirib. 

Ona yerində psixoloji yardım göstərilsə də, təcili tibbi yardımdan imtina edib. 

M.Miqran polis bölməsinə aparılıb. 

# 3148
avatar

Oxşar yazılar