Futbol klubunun koronavirusa tutulan həkimi intihar etdi
06 aprel 2020 03:14 (UTC +04:00)

Futbol klubunun koronavirusa tutulan həkimi intihar etdi


Fransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun koronavirus infeksiyasına yoluxması olub.

Koronavirus testi müsbət çıxdıqdan sonra evdə həyat yoldaşı ilə birlikdə karantinə alınan Qonzales özünü öldürüb. O, məktub yazaraq, hərəkətinin səbəbini də izah edib.

Klub rəhbərliyi hadisə ilə bağlı bəyanatında həm onların, həm də həkimin ailəsinin şokda olduğunu vurğulayıb.

# 1424
avatar

Oxşar yazılar