"Toyota"nın Yaponiyadakı beş zavodu fəaliyyətini dayandırır
03 aprel 2020 05:46 (UTC +04:00)

"Toyota"nın Yaponiyadakı beş zavodu fəaliyyətini dayandırır

 

Yaponiyanın nəhəng avtomobil istehsalçısı Toyota Motor yeni növ koronavirusun yayılması səbəbiylə ölkədəki beş zavodunda istehsalı dayandırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, bağlanan zavodlar Ayti və Fukuoka prefekturalarında yerləşir. Bu qərar bu ərazidə yerləşən yeddi Toyota istehsal xəttinin müvəqqəti dayandırılması ilə nəticələnəcək. İşlərin bərpa edilməsi isə 6-15 aprel tarixlərinə planlaşdırılır.

Yaponiyada 18 Toyota şirkəti var. 23-25 ​​aprel tarixlərində şirkət Aytprefekturasındakı əsas zavodlarından birini orada işləyən işçilərdə yeni növ koronavirusa yoluxma hallarının aşkarlanması səbəbindən qismən bağlayıb.

# 730
avatar

Oxşar yazılar