Dünyada koronavirusdan sağalanların sayı AÇIQLANDI
02 aprel 2020 14:29 (UTC +04:00)

Dünyada koronavirusdan sağalanların sayı AÇIQLANDI

Dünyada koronavirusa yoluxmuş 200 min nəfərdən çox insan sağalıb.

APA-nın "Worldometer"ə istinadən verdiyi xəbərə görə, 203 ölkədə COVID-19 virus yayılıb.

Bu günədək ümumilikdə 950 425 nəfər bu virusa yoluxub.

Virusa yoluxanların 202 617 nəfəri sağalıb, 48 276 nəfər ölüb.

Xatırladaq ki, COVID-19 virusu ilk dəfə Çinin Uhan şəhərində qeydə alınıb və daha sonra digər ölkələrə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı Amerika və Avropanı pandemiyanının mərkəzi elan edib. Bu günədək virusdan daha çox itkini İtaliya, İspaniya, Çin, ABŞ, İran verib.

# 1735
avatar

Oxşar yazılar