Xalq artisti ilə quda olan tanınmış: “Bir aydır evlidirlər, amma...”
29 mart 2020 10:39 (UTC +04:00)

Xalq artisti ilə quda olan tanınmış: “Bir aydır evlidirlər, amma...”

Əməkdar artist Nahidə Orucova qızı Bilqeyislə Xalq artisti Fidan Qasımovanın oğlu Fəridin tanışlığı barədə danışıb. Lent.az-ın məlumatına görə, aktrisa “Ən yaxşısı” verilişində bu sözləri deyib:

“Artıq qızım bir aydır ki, ailə qurub. Qızımın Fidan xanımın oğlu ilə tanışlığı təsadüfi olub. Yəni burada nə mənim, nə də Fidan xanımın rolu olmadı. Onlar ilk dəfə bir-birlərini toy məclisində görüblər, bəyəniblər. Daha sonra münasibət qurublar. Qızım 30 yaşında ailə qurub, o yaşda ailə qurmaq yaxşıdır. O zaman ailə möhkəm olur. Çünki o yaşda insan həyatı dərk edir”.

Xatırladaq ki, Bilqeyis və Fəridin toyu fevralın 8-də baş tutub.

# 888
avatar

Yalçın UĞUR

Oxşar yazılar