Fransa çempionatında mövsüm bu tarixdə bərpa oluna bilər
23 mart 2020 12:20 (UTC +04:00)

Fransa çempionatında mövsüm bu tarixdə bərpa oluna bilər

“Nəyin bahasına olursa-olsun mövsümü başa çatdırmaq zəruridir. Hətta iyulda və avqustda oynamalı olsaq, ardınca isə dərhal yeni mövsümə başlamalı olsaq belə bunu etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa Klublar Birliyinin prezidenti Benard Kayatso deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan Liqa1 iyunun ortalarından tez bərpa oluna bilməyəcək: “Klublar indi ayda 250 milyon avroya yaxın itirir. Amma vəziyyət dəyişməyənə qədər biz oynaya bilməyəcəyik. Hazırda söhbət iyul və avqustdan gedir. Ən yaxşı halda, mövsüm iyunun 15-də bərpa olunacaq. Bütün klublar üçün çox narahatam. Altı ay ərzində dövlət yardımı olmasa, peşəkar klubların yarısı müflis olacaq. Avropanın “Böyük beşlik” klubları artıq 4 milyard avro, Liqa1-də 500-600 milyon itirib”.

Qeyd edək ki, Liqa1-in koronavirus pandemiyası üzündən dayandırılması barədə qərar martın 13-də verilib.

# 873
avatar

Oxşar yazılar