“Formula-1” daha üç mərhələni təxirə salıb, start Bakıda ola bilər
19 mart 2020 21:25 (UTC +04:00)

“Formula-1” daha üç mərhələni təxirə salıb, start Bakıda ola bilər

 

“Formula-1”in daha üç mərhələsinin təxirə salınması rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar Niderland, İspaniya və Monako Qran-Prilərinin vaxtında baş tutmayacağını açıqlayıb.

Bununla da təxirə salınan mərhələlərin sayı 7-yə çatıb. Öncə Avstraliya, Bəhreyn, Vyetnam və Çin mərhələləri də rəsmən təxirə salınmışdı. 

35 ildən sonra ilk dəfə Niderlandda keçiriləcək yarış mayın 3-də, İspaniyadakı bir həftə sonra, Monakodakı isə ayın 24-də təşkil olunmalı idi.

Qeyd edək ki, bu təxirəsalmalardan sonra planlaşdırılan ilk mərhələ iyunun 7-də Bakıda baş tutmalıdır.

# 1603
avatar

ApaSport TV

Oxşar yazılar