Brilliant Rafael Dadaşovun evində ÖZÜNDƏN ÇIXDI: "Sən kimsən?"- VİDEO
17 mart 2020 15:52 (UTC +04:00)

Brilliant Rafael Dadaşovun evində ÖZÜNDƏN ÇIXDI: "Sən kimsən?"- VİDEO

Ötən gün dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovun dəfn günündə Xalq artisti Brilliant Dadaşova əsəbiləşib.

Lent.az xəbər verir ki, B.Dadaşova R.Dadaşovun evində “Çəkilişi saxlayın” deyənlərə etirazını bildirib:

“Sən kimsən? Burda hərə bir cür söz deyir. Heç kim ağzına yiyəlik edə bilmir. Elə bil ki, bu evin, bu ailənin sahibi yoxdur. Elə bil ki, bu ailə fındıq ailəsidir. Kim nə istəyir, onu da danışır. Mən Rafael Dadaşovun evi üçün 50 dəfə Binəqədi İcra Hakimiyyətinə getmişəm. Niyə məni danışdırırsınız? Ağzı olan burada danışdı. Mənim artıq hövsələm daraldı. Hərə öz işini görür. Onlar da mediadır, çəkməlidir. Kimin həvəsi var, danışır. Rafael Dadaşov ictimai insandır, onu çəkməlidirlər”.

Qeyd edək ki, R.Dadaşov ötən gün 74 yaşında dünyasını dəyişib.

# 229934
avatar

Yalçın UĞUR

Oxşar yazılar