Qızıl "od" qiymətinə: son 7 ilin rekordu
09 mart 2020 12:00 (UTC +04:00)

Qızıl "od" qiymətinə: son 7 ilin rekordu

Dünya bazarlarında qızılın qiyməti rekord səviyyəyə qədər qalxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, neftin kəskin ucuzlaşması və getdikcə yayılan koronavirusa görə qızılın qiyməti qalxaraq son 7 ilin rekordunu yeniləyib. Belə ki, bu gün gecə saatlarından etibarən qızılın bir unsiyası 2012-ci ildən bu yana olan ən yüksək həddə - 1703.1 dollara qədər bahalaşıb.

Bahalaşmanın virusla bağlı olduğunu deyən sərmayə bankı “Goldman Sachs” qiymətlərin 1800 dollara qədər yüksələcəyini bildirib.

# 5479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar